Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşları dinləyəcəklər
Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşları dinləyəcəklər
1 Avqust 2019 11:48 SosialAvqustun 8-də saat 11:00-da Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Salyan rayon Heydər Əliyev Mərkəzində (Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 42) Salyan rayonundan olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Olaylar.az bildirir ki, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Neftçala rayon Heydər Əliyev Mərkəzində (Neftçala şəhəri, Heydər Əliyev prospekti, 34) Neftçala rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi, 213) Biləsuvar rayonundan olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-55-21 və (012) 498-97-81 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.