"Biz süni qiymət artımına yol verə bilmərik"- Azərbaycan Prezidenti
1 Avqust 2019 06:11 SosialBiz süni qiymət artımına yol verə bilmərik.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.
Prezident İlham Əliyev bildirib: "Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31