Prokurorluğun 14 işçisi cəzalandırıldı, 3-ü vəzifədən çıxarıldı
Prokurorluğun 14 işçisi cəzalandırıldı, 3-ü vəzifədən çıxarıldı
31 İyul 2019 16:32 SosialBaş Prokurorluqda hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.
Olaylar.az xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov 2019-cu ilin birinci yarımilində "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bölgə müşavirələrində aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.
Aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 3-ü vəzifədən azad edilib.
teleqraf.com