100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb

100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb

Vətəndaşlarımıza rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən "OLAYLAR"-a bildirilib ki, daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla eyni zamanda mütəxəssislərimiz tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq bu ilin əvvəlindən indiyədək 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb. Ən son Pirallahı rayonunda 6 yeni dayanacaq   məntəqəsi təşkil edilib və  pavilyon qoyulub.

Yeni pavilyonların quraşdırılması ilə yanaşı mövcud olanlardakı çatışmazlıqlar da aradan qaldırılır. İşlər əsasən ətraf kənd və qəsəbələrdə həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31