“Yay məktəbi”nin birinci mərhələsinə yekun vurulub

“Yay məktəbi”nin birinci mərhələsinə yekun vurulub

Bakı şəhərində "Məktəblinin dostu" layihəsi çərçivəsində reallaşdırılan "Yay məktəbi"nin I mərhələsinin bağlanış mərasimi keçirilib. "OLAYLAR" xəbər verir ki, "Yay məktəbi"nin I mərhələsinə şagirdlər arasında keçirilən Spartakiadanın final mərhələsi ilə yekun vurulub.

Spartakiadanın final mərhələsinə Bakı şəhəri üzrə "Yay məktəbi"nin I mərhələsinin əhatə etdiyi 32 ümumi təhsil müəsssisəsinin V-VI sinif şagirdlərindən ibarət 95, 3, 102, 200, 284, 286, 317 nömrəli məktəblərin komandaları qatılıb.

Məktəblilər qaçış, maneəli qaçış, səbətə top atma, kəndir dartma,  kisədə tullanma və digər kateqoriyalar üzrə yarışıblar.

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə keçirilən tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb. BŞTİ-nin müdir müavini layihənin şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılmasında, onlara sağlam həyat tərzinin aşılanmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinin müdir müavini, "ASAN könüllülük" məktəbinin rəhbəri Cahangir Hacıyev  "Məktəblinin dostu" layihəsinin önəmindən danışıb, "Yay məktəbi"nin şagirdlərin asudə vaxtlarını daha da səmərəli keçirmələri baxımından müstəsna əhəmiyyət daşıdığını bildirib.

Yarışların nəticəsinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 286 nömrəli tam orta məktəbin komandası I, 95 nömrəli tam orta məktəbin komandası II, 317 nömrəli tam orta məktəbin komandası isə III yerləri tutublar. Qalib komandalara hədiyyələr, diplomlar və kubok təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31