AZAL-ın təyyarəsinin pəncərəsi sındı

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən gün saat 13:20-də, "J2 076" reysi üzrə Türkiyənin İstanbul şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsi təxminən 12 saat gec yola düşüb. 

Buna səbəb təyyarənin pəncərəsinin sınması olub. 

Son nəticədə avialayner havaya bu gecə saat 01:10-da qalxıb və saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. 

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski faktı təsdiq edib. 

Xatırladaq ki, "J2 076" reysi üzrə uçuşlar "Airbus A340-500" markalı təyyarələrilə həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31