Azərbaycan vəkilliyinin 100 illiyində sosial aksiya keçirilib
Azərbaycan vəkilliyinin 100 illiyində sosial aksiya keçirilmişdir
30 İyul 2019 16:47 SosialBu gün Azərbaycan vəkilliyinin 100 yaşı tamam olur. Məlum olduğu kimi, 30 iyul 1919-cu il tarixi - Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradılma günü Azərbaycanda milli vəkilliyin təşəkkül tapma tarixi kimi əlamətdardır.
Xalqımızın tarixi keçmişi ilə səsləşən bu ənənəyə sadiqliyin və duyarlı yanaşmanın nəticəsi kimi, 30 iyul 1919-cu il tarixi - Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradılma günü Vəkillər Kollegiyasının üzvləri tərəfindən sevinc hissi ilə qarşılanmışdır.
Olaylar.az bildirir ki, bu əlamətdar günün qeyd olunması ilə əlaqədar Vəkillər Kollegiyasının qurumları tərəfindən gün ərzində paytaxt və bir sıra digər bölgələrdə olan müxtəlif sosial xidmət müəssisələri, internat və uşaq evlərini ziyarət edilmiş, müəssisələrdə yaşayan şəxslərə ödənişsiz hüquqi yardım göstərilmiş, onların müraciətləri araşdırılmış və müəssisə sakinlərinə hədiyyə sovqatları paylanılmışdır.
Bundan başqa, bu gün münasibətilə vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstərilməkdədir. Bununla bağlı, hüquqi yardıma ehtiyacı olan şəxslər ölkə ərazisində fəaliyyət göstərən vəkil qurumlarına müraciət edərək ödənişsiz hüquqi yardımdan faydalanmışlar.
Qeyd olunmalıdır ki, gün ərzində Respublikanın 18 sosial müəssisəsi 40-dək vəkil bürosunun vəkilləri tərəfindən ziyarət edilmişdir.


.jpg)





.jpeg)


