Ana döyüldü, qızı qaçırıldı - Azərbaycanda günorta vaxtı dəhşət
30 İyul 2019 06:35 SosialBərdə rayonunda gənc qız anasının gözü qarşısında qaçırılıb.
Hadisə dünən günorta saatlarında rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.
Şahidlərin verdiyi məlumata görə, qız anası M.K ilə gəzinti zamanı minik avtomobili ilə qaçırılıb. Hadisə zamanı bir neçə oğlan qızın anasına ağır bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib.
Qızın tapılması istiqamətində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31