Rusiyada qəzaya düşən azərbaycanlılar... -Açıqlama
Rusiyada qəzaya düşən azərbaycanlılar... -Açıqlama
29 İyul 2019 17:13 SosialRusiya Federasiyası Rostov vilayətində qəzaya düşən Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus Bakı Beynəlxalq Avtovağzal Kompleksinə (BBAK) məxsus deyil.
Bu sözləri Axar.az-a Moskvadan Azərbaycana gələn mikroavtobusun qəzaya düşməsinə münasibət bildirən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Pərvin Məmmədova deyib.
Qeyd edək ki, Moskvadan Azərbaycana gələn 20 EB 289 dövlət nömrə nişanlı "Volksvagen Krafter" markalı mikroavtobus bu gün səhər saatlarında Rostov vilayətinin Krasnosulinsk rayonu ərazisində qəzaya uğrayıb.
Hadisə zamanı iki nəfər ölüb, doqquz nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31