Zirədəki qəzada xəsarət alanlar evə buraxıldı - Yeniləndi

Zirədəki qəzada xəsarət alanlar evə buraxıldı - Yeniləndi

Bakının Zirə qəsəbəsində (Qala yolu) qatarın taksini vurması nəticəsində xəsarət alan iki nəfərə təcili tibbi yardım tərəfindən qoyulan ilkin diaqnoz təsdiqini tapmayıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza zamanı xəsarət alan 22 yaşlı qız və 20 yaşlı oğlanda qapalı kəllə-beyin travması aşkarlanmayıb.

Qeyd olunub ki, onların vəziyyətləri normaldır: "Ambulator müalicəyə buraxılıblar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31