Moskvadan Azərbaycana gələn mikroavtobus Rostovda yük maşınına çırpıldı - 2 ölü, 6 yaralı (FOTO)
Moskvadan Azərbaycana gələn mikroavtobus Rostovda yük maşınına çırpıldı - 2 ölü, 6 yaralı (FOTO)
29 İyul 2019 14:47 Sosialİyulun 29-da Rostov vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, Moskvadan Azərbaycana hərəkət edən 20-EB-289 nömrə nişanlı mikroavtobus yük maşınına çırpılıb. Nəticədə mikroavtobusun sürücüsü və bir sərnişin həlak olub, 6 nəfər xəsarət alıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. İlkn fərziyyəyə görə, hadisəyə yüksək sürət və düzgün ara məsafəsinin saxlanılmaması səbəb olub.
Qəza M4 "Don" magsitralının 954-cü kilometrində baş verib.
.jpg)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31