Gənc qiymətləndiricilər imtahan verdi
Gənc qiymətləndiricilər imtahan verdi
29 İyul 2019 13:26 SosialAzərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) "Qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi" üzrə sertifikatlaşdırma kurslarını yekunlaşdırıb.
Olaylar.az xəbər verir ki, kursun yekununda imtahan keçirilib. İmtahanı AQC sədri Nüsrət İbrahimov, AQC sədrinin müavinləri Zamin Hüseynov və Oruc qəbul edib. İmtahanda 20 kurs iştirakçısı iki mərhələ üzrə sınaqdan keçib.
Nəticələr yoxlanıldıqdan sonra sertifikata layiq görülən kurs iştirakçılarının adları açıqlanacaq. İmtahanların nəticələrinə münasibət bildirən AQC sədrinin müavini, "VECON" qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc deyib ki, sonuncu kursda iştirak edənlər öz fəallığı ilə seçilib:
.jpg)
"Tələbələr qiymətləndirici ixtisasına daha böyük maraq göstərdilər. AQC kurslarının getdikcə təkmilləşdiyini məmnunluqla vurğulamaq olar".
Vüqar Oruc 2019-cu ildə daşınar və daşınmaz əmlakın digər təyinatları üzrə növbətiu kursların keçiriləcəyini bildirib.
Cebhe.info