Tikinti şirkətləri qaz xətlərini zədələyir
Tikinti şirkətləri qaz xətlərini zədələyir
29 İyul 2019 11:37 Sosialİstirahət günlərində qazıntı işləri aparan şirkətlərin səhlənkarlığı nəticəsində 2 rayonda qaz təchizatına məhdudiyyət qoyulub. Bu barədə məlumat "OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, Mingəçevir şəhərinin "Günəşli Bağ" yaşayış massivinin qaz təchizatı üçün nəzərdə tutulan diametri 160 mm olan polietilen xətti ərazidə işləyən şirkət işçiləri onu qırıblar. Buna görə də 1300 abonentin qaz təminatı dayandırılıb.
Lənkəranda isə yol tikinti şirkəti təmir zamanı diametri 110 mm olan qaz xəttini zədələyib. Nəticədə Parakənd kəndində ümumilikdə 470 abonent qazsız qalıb. "Azəriqaz" İB hər iki halda operativ fəaliyyətə başlayaraq qaz təchizatını bərpa etməyə nail olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31