Mahatma Qandiyə həsr olunan xatirə poçt markasının rəsmi buraxılışı

Mahatma Qandinin anadan olmasının 150 illiyinin qeyd olunması münasibətilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərmarka Mahatma Qandiyə ehtiram olaraq 60 qəpik dəyərində xatirə poçt markasını tədavülə buraxdı. Olaylar.az bildirir ki, xatirə poçt markası rəsmi şəkildə 26 iyul, 2019-cu ildə Bakıda keçirilən tədbir zamanı Hindistan səfiri cənab B. Vanlalvavna və Azərmarkanın direktoru xanım Leyla Güləliyeva tərəfindən rəsmi şəkildə buraxıldı.

Tədbirdə çıxış edən səfir Vanlalvavna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və Azərmarkaya Mahatma Qandinin anadan olmasının 150 illiyinin qeyd olunması münasibətilə poçt markasının buraxılışı-

Mahatma Qandiyə göstərilən böyük ehtiram üçün təşəkkür etdi. O qeyd etdi ki, Azərbaycan hökümətinin bu jesti Hindistan və Azərbaycan arasında mövcud olan güclü tarixi və mədəni bağları möhkəmləndirəcəkdir. Azərmarkanın direktoru xanım Leyla Güləliyeva Azərbaycanın Mahatma Qandiyə həsr olunan poçt markası buraxan 90 ölkə sırasına qoşulmaqdan məmnun olduğunu bildirdi.

Poçt markasının buraxılışı tədbirində diplomatik korpusun nümayəndələri, Azərbaycanın dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin və Bakıdakı Hindistan icmasının üzvləri iştirak etdi. Birinci gün zərfləri qonaqlara paylandı. Tədbir ərzində "Möhtəşəm Hindistan- Qandinin vətəni" qısa filmi və Azərbaycanlı müğənni cənab Tofiq Əliyevin ifasında Mahatma Qandinin sevimli nəğməsi "Vaişnava Cana To"-nun video yazısı nümayiş etdirildi. Azərbaycanlı rəqqas xanım Solmazın klassik hind rəqsi tədbirə rəng qatdı.

Daha əvvəl Hindistan Səfirliyi Mahatma Qandinin anadan olmasının 150 illiyinin qeyd olunması münasibətilə təşkil olunan tədbirlərin tərkib hissəsi olaraq Mahatma Qandiyə həsr olunan rəsm sərgisi, velosiped yürüşü və ağacəkmə tədbiri təşkil etmişdi. Azərbaycan Hökümətinin müxtəlif qurumları bütün bu tədbirlərin təşkilində Səfirliyə dəstək göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31