Şagirdlərimiz "Global Round 2019"-da Azərbaycan mədəniyyəti haqqında məlumat veriblər

Şagirdlərimiz "Global Round 2019"-da Azərbaycan mədəniyyəti haqqında məlumat veriblər

"Oxbridge Academy" məktəbinin şagirdləri Azərbaycanı Niderlandın Haaqa şəhərində keçirilən Dünya Məktəblilər Olimpiadasının "Global Round 2019" mərhələsində təmsil edir.

Olaylar.az bildirir ki, dünyanın 50-dən artıq ölkəsindən 5000-dən artıq məktəblinin iştirak etdiyi Olimpiadanın sonunda iştirakçı ölkələrin tarixi və mədəniyyətini, mətbəxini əks etdirən təqdimatlar da keçirilir. "Oxbridge Academy" məktəbinin şagirdləri Azərbaycan stendi ilə maraqlanan qonaqlara mədəniyyətimiz, tariximiz, mətbəximiz və həmçinin də Qobustanın abidələri haqqında məlumat verib, buklet və broşürlər paylayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31