İran gəmisi Lənkəran sahilində qəzaya uğradı
İran gəmisi Lənkəran sahilində qəzaya uğradı
26 İyul 2019 15:27 SosialLənkəran limanı yaxınlığında İran gəmisi qəzaya uğrayıb.
Dövlət Dəniz Agentliyindən Axar.az-a verilən məlumata görə, saat 14:10-da İran İslam Respublikasının bayrağı altında üzən Şəbahəng quru - yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.
Qərargah tərəfindən Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri və Dövlət Sərhəd Xidmətnin gözətçi gəmisi hadisə yerində xilasetmə əməliyyatına cəlb edilib. Xilasetmə əməliyyatları həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31