Qırğızıstan Yazıçılar Birliyinin sədri ATXƏM-in qonağı olub

Qırğızıstan Yazıçılar Birliyinin sədri ATXƏM-in qonağı olub

Qırğızstan Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekovun rəhbərliyi ilə Azərbaycanda səfərdə olan gənc qırğız yazarları Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzini də ziyarət ediblər. ATXƏM-dən "OLAYLAR"-a daxil olan məlumata görə, işgüzar naharda keçirilən görüşdə iki qardaş ölkə arasında ədəbi əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin təşkil olunması müzakirə olunub. N.Kalıbekov Azərbaycanda hər getdiyi yerlərdə səmimi qarşılandıqlarını bildirərək, öz təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31