Qarajda pedofiliya faktı - Bu dəfə 15 yaşlı oğlana qarşı
Qarajda pedofiliya faktı - Bu dəfə 15 yaşlı oğlana qarşı
26 İyul 2019 12:16 SosialBakıda növbəti pedofiliya faktı qeydə alınıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.
62 yaşlı qadın Yasamal rayonunda 27-ci Polis bölməsinə şikayət edərək bildirib ki, Səbuhi adlı şəxs 15 yaşlı oğluna qarşı seksual xarakterli hərəkətlər etməyə çalışıb.
Onun sözlərinə görə, pedofil iyrənc niyyətini iyulun 24-ü saat 18:00-da Abdulla Şaiq küçəsindəki 168 nömrəli evin yaxınlığında yerləşən qarajda həyata keçirməyə cəhd edib.
Polis əməkdaşları hazırda ehtimal edilən pedofilin aşkarlanması və onun cinayət məsuliyyətinə cəlb edilməsi üzrə tədbirlər görürlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31