Bakı metrosunda problem: Sərnişinlər qatardan düşürüldü
Bakı metrosunda problem: Sərnişinlər qatardan düşürüldü
26 İyul 2019 11:27 SosialBu gün saat 10:35-də "Bakı Metropoliteni" QSC-nin "Qara Qarayev" stansiyasında qatarda texniki problem yaranıb.
Bununla bağlı xəbəri qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.
Onun sözlərinə görə, hadisə "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatarda qeydə alınıb. Sərnişinlər dərhal vaqonlardan çıxarılıb və qatar depoya göndərilib. Əvəzində xəttə köməkçi qatar buraxılıb. Hadisə iki qatar arasında təxminən 11 dəqiqə interval yaradıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31