“Nasosnu”da dənizin kənarında oturub xəbər gözləyirik” – Qabil Hüseynli

“Nasosnu”da dənizin kənarında oturub xəbər gözləyirik” – Qabil Hüseynli

Qəzaya uğramış "MiQ-29" hərbi təyyarəsinin pilotu Rəşad Atakişiyev sabiq dövlət müşaviri Qabil Hüseynlinin kürəkənidir.

Bu barədə açıqlama verən Qabil Hüseynli məlumatı təsdiq edib. O bildirib ki, Rəşad haqqında hələ ki, heç bir xəbər yoxdur:

"Müdafiə Nazirliyinin yaydığı rəsmi xəbərdən başqa heç bir məlumatımız yoxdur. "Nasosnu"da dənizin kənarında oturub xəbər gözləyirik. Ümidimiz dövlətin axtarışla bağlı apardığı səylərədir".

Qeyd edək ki, iyulun 24-də saat 22:00-da plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31