Dənizdə batan üç gəncdən ikisinin meyiti tapıldı

Dənizdə batan üç gəncdən ikisinin meyiti tapıldı

Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə batan 3 nəfərdən ikisinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bu barədə FHN-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31