Sabunçu xidmət sahəsinə əlavə işçilər cəlb olunub

Sabunçu xidmət sahəsinə əlavə işçilər cəlb olunub

"Azəriqaz" İstehsalat Birliyi (İB) Sabunçu texniki istismar xidmətində bu gündən etibarən fəaliyyətini gücləndirib. "OLAYLAR" xəər verir ki, kütləvi sayğac dəyişikliyindən sonra yeni smart kartların verilməsi, bloklanmış kartların və yaxud abonent tərəfindən səhvən söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunmasına dair müraciətlər xeyli artıb. Ona görə də Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi 104 ünvanında Sabunçu texniki istismar xidmətində yeni fəaliyyət istiqaməti seçilib və gücləndirilmiş iş rejimi tətbiq olunub.

Onu da qeyd edək ki, müraciətlərin artımını nəzərə alaraq 4 və 5 saylı "ASAN xidmət" mərkəzlərində abonentlərə xidmət göstərən Birliyin mütəxəssisləri Sabunçu xidmət sahəsinə cəlb olunublar. Onlar 3 saylı "ASAN Kommunal" mərkəzi istifadəyə verilənədək bu gündən etibarən Sabunçu xidmət sahəsində işə başlamaqla yuxarıda qeyd edilən çoxsaylı müraciətlərə dair əməliyyatları icra edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31