Qusarda 51 yaşlı qadın itkin düşüb

Qusarda 51 yaşlı qadın itkin düşüb

Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Lalə Bəşirova 2018-ci ilin avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu haqda DİN mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Lalə Bəşirova əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur. L.Bəşirova ruhi xəstəlikdən əziyyət çəkir. Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.     

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31