Prezident Sahil Babayevə YENİ VƏZİFƏ VERDİ

Prezident Sahil Babayevə YENİ VƏZİFƏ VERDİ

Prezident İlham Əliyevin imzaladığı 23 iyul 2019-cu il tarixli Sərəncamla əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ölkəmiz tərəfindən həmsədri təyin edilib. 

Olaylar.az bildirir ki, sərəncamla xarici işlər, iqtisadiyyat, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər, təhsil, səhiyyə, mədəniyyət nazirlərinin müavinləri, Dövlət Turizm Agentliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Mərkəzi Bankın sədr müavinləri, Azərbaycanın Macarıstandakı  fövqəladə və səlahiyyətli səfiri isə birgə Komissiyanın ölkəmiz tərəfindən üzvləri təyin olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31