Bakıda kişinin gözlənilməz hərəkəti ölümü ilə nəticələndi - VİDEO
Bakıda kişinin gözlənilməz hərəkəti ölümü ilə nəticələndi - VİDEO
25 İyul 2019 11:58 SosialPaytaxtda baş verən dəhşətli yol qəzası kameraya düşüb
Olaylar.az xəbər verir ki, Binəqədi rayonu ərazisində piyada keçidindən yolu keçmək istəyən şəxsi "Nissan" markalı avtomobil vurub. Nəticədə piyada dünyasını dəyişib. Görüntülərdən aydın olur ki, piyada görüntü məhdudiyyəti olan yerdən qəfil piyada keçidinə qaçır.
Bu zaman sürətlə hərəkət edən avtomobil ona çırpılır. Yol Hərəkəti Haqqında Qanunda deyilir ki, piyada yolu keçməmişdən əvvəl avtomobillərin dayanıb ona yol verməsinə əmin olmalıdır. Eyni zamanda nizamlanmayan piyada keçidinə çatanda sürücülər mütləq şəkildə sürəti azaltmalıdırlar. (Avtosfer.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31