Tanınmış telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu
Tanınmış telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu
25 İyul 2019 11:46 SosialArtıq 50 mininci elektron çıxarışın sahibi bəlli olub. Bu tanınmış telejurnalist, Real Tv-nin əməkdaşı Afət Məhərrəmova olub. "Olaylar" xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib. Vətəndaş Ramana qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin qeydiyyatı üçün komitənin Əmlak Xidmətləri Məkanına müraciət edib. 10 gündən sonra telefon nömrəsinə Elektron Çıxarışın hazır olması barədə bildiriş göndərilib. Qeyd edilməlidir ki, bu ilin əvvəlindən fəaliyyətə başlamış Əmlak Xidmətləri Məkanında vətəndaşlar əmlak idarəçiliyi ilə bağlı 46 xidmətdən rahatlıqla yararlana bilirlər. Qısa zaman keçməsinə baxmayaraq Məkanda 130 000 vətəndaşa əmlak idarəçiliyi ilə bağlı xidmətlər göstərilmişdir. Bundan başqa, əmlakın qeydiyyatı ilə bağlı komitə tərəfindən həyata keçirilən tədbirlər bununla bitmir. Belə ki, Komitə tərəfindən xidmətin vətəndaşın ünvanında edilməsi devizi ilə yerlərdə kompaniyaları davam etdirir. "Kütləvi Çıxarış", "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyaları vasitəsilə sakinlərə bilavasitə ünvanlarına gətirilən mobil ofislərə əmlaklarına dair sənədlərini təqdim edilməsi imkanı yaradılır. Bu kompaniyaların xidmətlərindən 260 mindən çox vətəndaş yararlanmışdır.