Küləkli hava nə vaxtadək davam edəcək?

İyulun 27-dən etibarən Bakıda küləyin sürəti azalacaq.

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, iyulun 25-i və 26-da mülayim şimal-qərb küləyi arabir güclənəcək:

"Havanın temperaturu gündüz saatlarında 29-33 dərəcə isti təşkil edəcək".

Nazirlik rəsmisi deyib ki, iyulun 27-28-də paytaxtda hava şəraitinin sabit və gün ərzində yağmursuz keçəcəyi gözlənilir, mülayim şimal-şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu gündüz saatlarında 31-35 dərəcə arasında dəyişəcək.

Qeyd edək ki, son vaxtlar ölkə ərazisində davamlı olaraq küləkli hava şəraiti müşahidə edilir. Arabir güclənən külək bir sıra fəadlara da yol açır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31