Neft Emalı Zavodunda güclü tüstü axını - Əlavə məlumat veriləcək
Neft Emalı Zavodunda güclü tüstü axını - Əlavə məlumat veriləcək
25 İyul 2019 10:21 Sosialİyulun 24-də saat 19:20 radələrində Neft Emalı Zavodunun məşəl sistemində güclü tüstü axını müşahidə olunub.
Olaylar.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, qurumun Milli Monitorinq Departamentinin mütəxəssislərindən ibarət qrup zavodda və ətrafda monitorinqlər aparıb.
Məlum olub ki, tüstü axını zavoddaki istismar sahələrindən birində baş vermiş texniki nasazlıq nəticəsində havaya buraxılıb. Yaranmış vəziyyətlə bağlı araşdırmalar davam etdirilir.
Əlavə məlumat veriləcək.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31