Dənizdə 3 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 3 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən  verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31