Müəllimlərin işə qəbulu imtahanlarının sonuncu günüdür
Müəllimlərin işə qəbulu imtahanlarının sonuncu günüdür
24 İyul 2019 17:18 Sosialİyulun 24-də Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan verir. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, imtahanlarda 3279 namizədin iştirakı gözlənilir.
Xatırladaq ki, bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.
Bugünədək keçirilən imtahanlarda 39 mindən çox namizəd iştirak edib. İmtahanlar ərzində ən yüksək nəticə kimya fənni üzrə 60 bal olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31