Deputatımız beynəlxalq tədbirə qatılacaq

Deputatımız beynəlxalq tədbirə qatılacaq

Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov "Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlığın rolu" mövzusunda keçiriləcək beynəlxalq konfransda, ənənəvi şəhər bayramında və 2-ci beynəlxalq incəsənət festivalında iştirak etmək üçün iyulun 25-dən 28-dək Latviyanın Qulbene şəhərində səfərdə olacaq. MM-dən "Olaylar"a verilən məlumata görə, səfər çərçivəsində Kamran Bayramov qeyd edilən beynəlxalq konfransda "Bələdiyyələrarası əməkdaşlığın qurulmasında və inkişaf etdirilməsində milli parlamentlərin rolu" adlı məruzə ilə çıxış edəcəkdir. Deputatımızın Latviya Bələdiyyələr İttifaqının rəhbərliyi, Latviya Seyminin deputatları və konfransda iştirak edəcək xarici dövlətlərin nümayəndələri ilə görüşləri də  nəzərdə tutulmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31