Qeyri-rəsmi məşğulluq səviyyəsi 21,5% təşkil edib
Qeyri-rəsmi məşğulluq səviyyəsi 21,5% təşkil edib
24 İyul 2019 14:49 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 141 səyyar monitorinq həyata keçirilib. Mərkəzdən verilən məlumata görə, monitorinq edilmiş işçilərin sayı 5338, monitorinq edilmiş işəgötürənlərin sayı 288 olub. Monitorinq zamanı qeyri-rəsmi məşğulluq səviyyəsi 21,5% təşkil edib. Monitorinqlərin keçirilməsindən sonra 119 414 əmək müqaviləsi imzalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31