2 rayonda qaz təchizatı dayandırılıb

 “Azəriqaz” İstehsalat Birlyindən “OLAYLAR”-a daxil olan məlumata görə, Samux rayonu ərazisində yerləşən orta təzyiqli yeraltı qaz xəttində sızma aşkarlanıb və onun ləğvi üçün zəruri tədbirlərin görülməsinə başlanılıb

 "Azəriqaz" İstehsalat Birlyindən "OLAYLAR"-a daxil olan məlumata görə, Samux rayonu ərazisində yerləşən orta təzyiqli yeraltı qaz xəttində sızma aşkarlanıb və onun ləğvi üçün zəruri tədbirlərin görülməsinə başlanılıb. Görüləcək təmir işlərinə görə bu gün səhər saat 09.00-dan işlər bitənə qədər Samux rayonunun 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb. Ağsu rayonunda da eyni səbəbdən təmir işləri aparılacaq və rayonun 9 kəndində səhər saat 09.00-dan 18.00-dək qaz təchizatı dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31