Prezident Murad Köhnəqalaya ev verdi
Prezident Murad Köhnəqalaya ev verdi
23 İyul 2019 16:38 SosialPrezident İlham Əliyev şair-publisist Murad Köhnəqalaya ev verib.
Olaylar.az xəbər verir ki, bu barədə M.Köhnəqala məlumat verib. O hədiyyəyə görə ölkə başçısına təşəkkürünü bildirib:
"Mənzil problemimlə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığımız müraciət öz bəhrəsini verdi! Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə tapşırıq verib. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər.
Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.
Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram!
Qoy həmişə günəş olsun!"