Gədəbəydə metodiki tövsiyyələrin təqdimatı keçililib
Gədəbəydə metodiki tövsiyyələrin təqdimatı keçililib
23 İyul 2019 16:29 Sosialİyulun 23-də Gədəbəy rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Şəmkir Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə "Müasir xidmətlər, yeni metodlar" adlı təlim, Mərkəz tərəfindən hazırlanan metodiki tövsiyələrin təqdimatı təşkil olunub.
Olaylar.az bildirir ki, təlimi Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev və Mərkəzin Elmi katibi Cavid Əliyev açaraq iştirakçıları salamlayıb uğurlar arzulayıblar.
Mərkəzin direktoru Asif Usubəliyev öz çıxışında qeyd etdi ki, təlimin təşkilində əsas məqsəd mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Vurğuladı ki, bu istiqamətdə Mərkəz tərəfindən çoxlu sayda müxtəlif təyinatlı metodiki tövsiyələr hazırlanır və onların regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrində təqdimatları təşkil olunur. Mərkəzin əməkdaşları mövcud sifariş və tələbatlarları nəzərə alaraq, yeni metodiki tövsiyələrin hazırlanmasını davam etdirirlər.
Təlim çərçivəsində Nurəddin Babazadə müəllifi olduğu "Mədəniyyət təbliğində Facebook sosial şəbəkəsinin rolu və təhlükəsiz istifadə qaydaları" adlı metodiki tövsiyəsini, həmçinin Aygün Balabəyovanın müəllifi olduğu "Mədəniyyət müəssisələri üçün təqdimatların hazırlanmasının müasir üsul və metodları", "Muzey işinin modernləşdirilməsi: əsas istiqamətlər", "Məhdud fiziki imkanlı şəxslərin sosial-mədəni həyata adaptasiyasında muzey və muzey tipli müəssisələrin rolu" adlı metodiki tövsiyələri təqdim edib.
Əməkdaşı Pərvanə Hüseynova müəllifi olduğu "Heydər Əliyev mərkəzlərində ulu öndər məfkurəsinin və azərbaycançılıq ideologiyasının təbliği yolları", "Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkili üzrə ilkin biliklər", "Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkili" və "Mədəniyyət müəssisələrində onlayn treninqlərin təşkili metodikası" adlı metodiki tövsiyələri təqdim edib.
.jpg)
.jpg)