Türkiyədə avtomobil qəzası: 3 azərbaycanlı yaralandı

Türkiyədə avtomobil qəzası: 3 azərbaycanlı yaralandı

Türkiyənin Ardahan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az xəbər verir ki, bu gün səhər saatlarında Ardahan-Qars yolunda baş vermiş qəza nəticəsində 8 nəfər yaralanıb. Yaralananlardan 3 nəfərin Azərbaycan vətəndaşı, 5 nəfərin isə Türkiyə vətəndaşı olduğu bildirilir.

Yaralananlar Anaverdi Bağırova, Sevda Bağırova və Asiya Bağırovanın hazırda səhhətləri normal qiymətləndirilir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31