Xırdalanda restoran yanıb

Xırdalanda restoran yanıb

Abşeron rayonunda güclü yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, rayonun Xırdalan şəhərində ümümi sahəsi 340 m² olan ikimərtəbəli tikilinin (restoran kimi fəaliyyət göstərir) mətbəxində 1 ədəd mətbəx avadanlığı və tavan 5 m² sahədə yanıb.Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31