Sədr müavininin qəbul vaxtı dəyişdirilib
Sədr müavininin qəbul vaxtı dəyişdirilib
23 İyul 2019 12:44 SosialAzərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinin vətəndaş qəbulu vaxtı 26 iyul tarixinə keçirilib. Komitədən "Olaylar"a bildirilib ki, sədr müavini Rafiq Cəlilov Zərdab rayonunda vətəndaşlarla görüşəcəklər. Qəbul 26 iyul 2019-cu il tarixində saat 11:00-da Zərdab rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.