İcra işlərinin sayı 731 minə çatıb
İcra işlərinin sayı 731 minə çatıb
23 İyul 2019 11:41 Sosial"Son illər məhkəmə qərarlarının icrası sahəsində iş həcmi əhəmiyyətli dərəcədə artıb. 2019-cu ilin birinci yarımilində icra qurumlarına daxil olan icra işlərinin sayı 731 minə çatıb, onlardan 384 mindən çoxunun icrası təmin edilib, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir". "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən nazirliyin İcra baş idarəsinin rəisi - baş icra məmuru Nurəddin Mustafayev əlavə edib ki, görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki dövrlə müqayisədə 50 faizdən artıq - 300 milyon manatdan çox vəsait ödətdirilib.İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1.954 şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1.421 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 301 şəxs barəsində cinayət işi başlanılıb. Hesabat dövründə 2.496 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 8.210 şəxsin üzərindən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb ki, bu da ötən dövrlərlə müqayisədə 4 dəfə çoxdur.