Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi vətəndaş qəbulu keçiriləcək

Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi vətəndaş qəbulu keçiriləcək

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 26 iyul 2019-cu il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində, Nazirliyin Qarabağ Regional Mərkəzinin binasında saat 11.00-dan Ağdam rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı 25 iyul 2019-cu il tarixdə Qarabağ Regional Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev tərəfindən 26 iyul 2019-cu il tarixdə Ağcabədi şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan Ağcabədi rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 26 iyul 2019-cu il tarixdə Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev tərəfindən 26 iyul 2019-cu il tarixdə Beyləqan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11.00-dan Beyləqan rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 26 iyul 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaq. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.Əlaqə: tel: +994 (12) 512-01-14; e-mail: [email protected]

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31