Müharibə və əmək veteranları Yanardağda istirahət ediblər

Müharibə və əmək veteranları Yanardağda istirahət ediblər

İyul ayının 19-da Nəsimi rayon sakinləri olan  bir qrup müharibə veteranı, şəhid ailələri, ahıllar və əlillər xüsusi avtobusla Yanardağ Dövlət Tarix-Mədəniyyət  və Təbiət Qoruğunda olublar. "Olaylar" xəbər verir ki, görüşdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının  birinci müavini Gülarə Verdiyeva ahılları, müharibə veteranları  və  şəhid analarını salamlamış, Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti    Mehriban Əliyevanın  ahıl insanlara, veteranlara,şəhid ailələrinə,  əlillərə, az aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Gülarə Verdiyeva bildirmişdi ki, bu gün  Azərbaycanda həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir.

Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqaları, Əmək və Silahlı Qüvvələr Veteranları   onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti    Mehriban Əliyevaya    minnətdarlıqlarını bildirdilər. Səmimi söhbət zamanı  veteranlar  bildirmişlər ki, bu gün ölkəmizdə aparılan geniş quruculuq işləri, sabitlik  onları çox sevindirir. Bakı şəhərinin və regionların günü-gündən abadlaşdırılması və gözəlləşdirilməsi, Bakıda və diğər şəhərlərdə keçirilən beynəlxalq tədbirlər onları fərəhləndirir. Tədbir incəsənət ustalarının konsert proqramı ilə başa çatmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31