Xalq artistindən şok sözlər: "Ölüm hökmü qayıtmalıdır"

Xalq artisti Nurəddin Mehdixanlı sosial şəbəkədə yayılan Sumqayıtda 55 yaşlı kişinin 8 yaşlı qızı zorlaması xəbərinə münasibət bildirib.

Aktyor bu hadisələrin qarşısının alınması üçün ölüm hökmünün çıxarılmasını mütləq hesab etdiyini deyib:

"Ölüm hökmü qayıtmalıdır. Saysız qətl hadisələrinin və bu sayaq vəhşiliklərin əsas baş vermə səbəbi, ölüm hökmünün ləğv edilməsidir".

Qeyd edək ki, Sumqayıtda nənəsigilə qonaq gələn 8 yaşlı qız 55 yaşlı kişi tərəfindən qaçırılıb. Həmin şəxs uşağı aldadaraq, yaxınlıqda yerləşən restoranın arxasındakı zirzəmiyə aparıb və bir gecə orada saxlayıb. O, həmin gecə 8 yaşlı qızı zorlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31