Avtomobil Yolları Dövlət Agentliyi jurnalistləri mükafatlandırdı

Avtomobil Yolları Dövlət Agentliyi jurnalistləri mükafatlandırdı

Azərbaycan Respublikası Avtomobil Yolları Dövlət Agentliyi 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirib. Olaylar.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Agentliyin Yol İstismarı İdarəsinin rəis müavini Hidayət Rüstəmov medianın cəmiyyətdəki rolu, fəaliyyəti və qarşısında duran vəzifələrdən danışıb. Bildirib ki, jurnalistlər çox şərəfli bir işlə məşğuldurlar. Hidayət Rüstəmov deyib ki, media nümayəndələri AAYDA-nın fəaliyyətini operativ və ətraflı şəkildə işıqlandırırlar. Hidayət Rüstəmov təmsil etdiyi qurumun media ilə sıx əməkdaşlıq etdiyini deyib. Agentlik rəsmisi sonda media nümayəndələrini bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31