Mədəniyyət mərkəzlərinin filiallarının müdirləri üçün növbəti təlim

Mədəniyyət mərkəzlərinin filiallarının müdirləri üçün növbəti təlim

22-26 iyul tarixlərində Lənkəran şəhərində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən "Şəhər  Mədəniyyət mərkəzlərinin filiallarının müdirləri və bədii rəhbərlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılmasının təşkili", "Kreativ peşə səriştələri", "Nitq mədəniyyətinin formalaşdırılması" və "Dövlət mədəniyyət müəssisələrinin fandreyzinq fəaliyyəti" mövzularında yeni tədris modulları əsasında növbəti təlimlərə start verilib. Lənkəran rayon Heydər Əliyev Mərkəzində və Mədəniyyət Mərkəzində baş tutacaq təlimlərə həmçinin, Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mədəniyyət mərkəzlərinin filiallarının müdirləri, bədii rəhbərləri və əmakdaşları qatılıb.

İxtisasartırma kursları Mərkəzin Təhsil üzrə direktor müavini Ramazan Şabanov açmışdır.

"Şəhər Mədəniyyət mərkəzlərinin filiallarının  təşkili qaydaları, klub işinin forma və metodları haqqında anlayış, mədəniyyət mərkəzləri, digər mədəniyyət evləri və klublarda ödənişli xidmətlərin təşkili, ödənişli kurs, dərnək və s. yaradılması, Azərbaycan folklor nümunələrinin hüquqi qorunması, mədəniyyət mərkəzlərinin filiallarında çalışan müdirlərin və bədii rəhbərlərin fəaliyyət istiqamətləri, vəzifə öhdəlikləri, mədəniyyət mərkəzləri, digər mədəniyyət evlərinin və klubların əməkdaşlarının fəaliyyətində "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri" və YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sesiyası milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək kimi bilikləri əldə ediblər. Kursları, kurator Elnarə Hacıyeva və Samirə Cəlilova təqdim ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31