144 yaşlı milli mətbuatımız -TƏHLİL

144 yaşlı milli mətbuatımız

Çətin, keşməkeşlı, eyni zamanda şərfəli bir yol keçən Azərbaycan mətbuat daha bir yaş qocalır. Bu günlər 144 yaşını qeyd edir Azərbaycan mətbuatı. Tam 144 il əvvəl, 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə əsası qoyulan Milli Mətbuatımız ötən illər ərzində şərəfli və məsuliyyətli bir yol keçib. Bu gün Azərbaycan mediasının təmsilçiləri, hansılar ki, Zərdabi ənənələrinə sadiqlik nümayiş etdirir, onun müəyyən etdiyi yolla addımlayırlar, onlar mətbuatımızın inkişafına öz töhfələrini verir, ölkədə fikir, söz, məlumat azadlığının daha da geniş yayılması, bu prinsiplərin qorunub inkişaf etdirilməsinə vəsilə olurlar. Əslində Həsən bəy Zərdabi 144 il əvvəl "Əkinçi" qəzetini nəşr edəndə də qarşısına məhz bu məqsəd və vəzifələri qoymuşdu.

Qeyd etdiyimiz kimi bu gün də Azərbaycan mətbuatı eyni yola davam deyir və eyni prinsiplərin inkişaf etdirilməsi istiqamətində çalışır. Sadəcə 144 il əvvəllə müqayisədə bu gün həmin prinsiplərin inkişaf etdirilməsi, mediamız üçün yeni-yeni imkanların yaradılması üçün real mühir, şərait var. Əgər 144 il əvvəl Həsən bəy Zərdabi qarşısına qoyduğu məqsədləri çətinliklə, bəzən məxfi, gizli şəkildə həyata keçirirdisə, bu gün artıq situasiya tamamilə dəyişib. 144 il əvvəllə müqayisədə bu gün Azərbaycan dövləti özü ölkədə azad medianın formalaşması, inkişaf etməsi, fikir, söz və ifadə azadlığının bərqərar olmasında maraqlıdır. Xüsusilə bu maraq özünü müstəqillik illərindən sonra göstərməyə başladı. Daha dəqiq desək ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra.

Beləliklə, Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra, 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzura ləğv edildi. Bununla da Azərbaycanda azad, müstəqil kütləvi informasiya vasitələrinin inkişafı üçün geniş imkanlar açıldı. Nəticədə, ölkədə çoxlu sayda müstəqil mətbu orqan, informasiya agentlikləri, elektron KİV-lərin fəaliyyəti üçün şərait yarandı. Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi.  Bunun əyani sübutu kimi "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın qəbul edilməsi, az müddət sonra isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını göstərə bilərik.  Cənab İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğının ən bariz nümunəsi və dünyada analoqu olmayan addımı isə KİV nümayəndələrinin sosial-mənzil şəraitinin yaxşılaşdırılması oldu ki, nəticədə dövlətin hesabına iki hündürmərtəbəli yaşayış buinası tikilərək jurnalistlərin ixtiyarına verildi. Hazırda isə daha bir yaşayış binası tikilir və həmin bina da milli mətbuatın 145 illiyində media nümayəndələrinə təqdim ediləcək. Həmçinin müntəzəm olaraq dövlət başçısı media işçilərini təlfi edərək onlara fəxri adlar, medallar verir ki, bu da  Cənab İlham Əliyevin KİV-ə diqqət və qayğısının əyani sübutudur.

Kütləvi informasiya vasitələri də öz növbəsində onlara yaradılan şərait və imkanlardan yararlanaraq dövlətin, dövlətçiliyin müdafiəçisi qismində çıxış edir, milli maraqları hər zaman, hər şeydən üstün tuturlar. Təsadüfi deyil ki, Cənab Prezident də bu məqamı hər zaman KİV təmsilçilərinin diqqətinə çatdıraraq onlara milli maraqlardan çıxış etməyi tövsiyə edib.  Prezident bildirib ki, qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir.

Eyni zamanda media nümayəndələri də onlara yaradılan bu şəraitdən dolayı dövlət başçısını özlərinin yaxın dostu sayır, bunu əməldə təsdiq edirlər. Son 15 ildən prezident İlham Əliyevin üç dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi timsalında bunu naydın görə bilirik. Qeyd  edək ki, ümummilli lider Heydər Əliyev də məhz mediaya yaratdığı şəraitə görə, "Jurnalistlərin dostu" adına layiq görülmüşdü.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31