İstirahət mərkəzində kişi 40 metrlik dərəyə yıxıldı

Tovuz rayon Əsrik Cırdaxan kəndində dərəyə yıxılan kişinin qol və ayağı sınıb.27 yaşlı İmamov Sabuhi Mübariz oğlu ehtiyatsızlıqdan dərinliyi 40 metrdən çox olan dərəyə yıxılıb.Əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri cəlb olunub və zərərçəkmiş oradan çıxarılaraq "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb.Onun vəziyyətinin ağır olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31