Yasamalda qadına qarşı iyrənc əməl - Təfərrüat
Yasamalda qadına qarşı iyrənc əməl - Təfərrüat
19 İyul 2019 15:26 SosialBakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.
Olaylar.az bildirir ki, rayonun M.Həsənov küçəsində naməlum şəxs Sumqayıt şəhər sakini R.Nəsibovaya zor tətbiq edib və onun içərisində 65 ədəd qol saatı, 10 ədəd ətir olan çantasını alıb.
Zərərçəkmiş baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.
29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş S.Salahov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31