Xəzərdə batmaq təhlükəsilə üzləşən iki nəfər xilas edilib

Xəzərdə batmaq təhlükəsilə üzləşən iki nəfər xilas edilib

Xəzər dənizində batmaq təhlükəsi olan iki nəfər xilas edilib. Bu barədə "Olaylar"a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Belə ki, DSX-nin Sahil Mühafizəsinin "Vel" sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan "VE-396" bort nömrəli "Yamaha - 48" tipli qayığının mühərriyində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Qayıqdakı şəxslərin xilas edilməsi məqsədilə dövlət sərhədinin müha­fizəsində olan DSX Sahil Mühafizəsinin "Tufan" tipli sərhəd gözətçi gəmisi hadisə baş vermiş koordinatlara istiqamət götürmüş, saat 12:10 radələrində Lənkəran rayonunun Vel kəndindən 2 mil məsafədə qayıq aşkar olunub və heyət üzvləri 12:35 radələrində xilas olunaraq sahilə çıxarılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31