Festivalla bağlı daşımalar başladı
Festivalla bağlı daşımalar başladı
19 İyul 2019 15:22 Sosial"XV Avropa Gənclər Yay Olimpiya Festivalı"nın nəqliyyat əməliyyatları planına uyğun olaraq ilk daşımalara başlanılıb. Bu barədə məlumat "OLAYLAR"-a Bakı Nəqliyyat Agentliyindən daxil olub. Bildirilib ki, iyulun 19-u səhər saatlarında paytaxtımıza gələn İspan atletləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Atletlər kəndinə gətirilib.
Qeyd edək ki, qonaqların, atletlərin yarış və qeyri-yarış məkanlarına daşınmasına 136 ədəd Neoplan avtobus və 38 ədəd miniavtobus (Mercedes Sprinter) cəlb edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31