“Gəlin, birgə oxuyaq” adlı layihənin qalibləri mükafatlandırılacaq
“Gəlin, birgə oxuyaq” adlı layihənin qalibləri mükafatlandırılacaq
19 İyul 2019 15:22 SosialF.Köçərli adına Respublika Uşaq Kitabxanası oxucuları "Gəlin, birgə oxuyaq" adlı layihədə iştirak etməyə dəvət edir.
Olaylar.az bildirir ki, layihə cari ilin sentyabrın 1-nə kimi davam edəcək.
Layihənin şərtlərinə görə uşaq və yeniyetmələr, oxuduqları kitabın "book trailer", yəni 3 dəqiqəlik videoçarxını hazırlamalıdırlar.
Hazırlanmış videoçarxlar, izləyicilər tərəfindən qiymətləndiriləcək.
Layihədə iştirak edəcək uşaq və yeniyetmələrə kitabxana tərəfindən kitablar hədiyyə ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31